İrəvanda atışmalar başlayıb: bir polis yaralanıb
İrəvanda atəş səsləri eşidilir.
1news.az-ın news.am istinadla verdiyi xəbərə görə, bu barədə “Təsisedici parlament” adlı qurum xəbər yayıb.
Qurumun mətbuat katibi Süzan Simonyan sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Sari taxa adlı yerdə atəş səsləri eşidilir.
O həmçinin polis şöbəsini nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvü, “Tənha canavar” ləqəbi ilə tanınan Araik Xandoyanın ayağından yaralandığını yazıb.
A.Xandoyana snayper tərəfindən atəş açıldığı bildirilir.
Xatırladaq ki, iyulun 17-də bir qrup silahlı şəxs post-patrul xidməti polkunun binasını ələ keçirərək oradakı insanları girov götürüb. Hücum nəticəsində 1 polis öldürülüb, 6 nəfər, o cümlədən 5 polis əməkdaşı yaralanıb.
Binanı ələ keçirən silahlılar Prezident Serj Sarkisyanın istefasını və “Yeni Ermənistan” radikal müxalif İctimai Xilas Cəbhəsinin lideri Jirayr Sefilyanın azad olunmasını tələb edir. Hökumətlə danışıqlardan sonra iyulun 23-də qruplaşma üzvləri əllərində olan son girovları azadlığa buraxıb.
Mövzu ilə əlaqədar oxuyun:
İrəvanda silahlı müqavimətin yeni mərkəzlərini yaratmaqla hədələyirlər - FOTO
İrəvanda keçirilən mitinqdə Ermənistan prezidentinin istefası tələb edilir
İrəvanda kütləvi iğtişaşlar: 16 nəfər həbs olunub, 50 nəfər yaralanıb
1news.az