NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır | 1news.az | Xəbərlər
İqtisadiyyat

NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır

11:30 - 29 / 07 / 2016
NIKOIL | Bank-ın əsas səhmdarı depozit portfelini artırır

Nikolaz Şurqaianın NIKOIL | Bank-ın İdarə Heyətinin sədri vəzifəsinə və Fərhad Hacınski ilə Sergey Xmurinin İdarə Heyəti üzvü vəzifəsinə təyinatından sonra bu həftə, NIKOIL | Bank-ın mojaritar səhmdarlarından olan “Topaz İnvestment” QSC  Bankda 20 mln. ABŞ dolları həcmində uzunmüddətli depozitin  yerləşdirilməsi haqda qərar qəbul edib. 

İlk 10 mln. ABŞ dolları Banka artıq mədaxil edilib, ikinci tranş isə cari ilin avqust ayının 12-nə qədər mədaxil olunması gözlənilir. Səhmdarların bu qərarı bankın kapitalının artırılması ilə yanaşı Azərbaycanda biznesin və əhalinin kreditləşməsinə yönəldilib.

Xatırladaq ki, 30 iyun 2014-cü il tarixindən etibarən bank səhmdarlarının heyəti aşağıdakı kimi formalaşdırılıb: “Topaz İnvestment” QSC - 56,4%, NİKOİL QSC – 42.6%  və “ISR Holding”-1% MMC.

Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada  həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Paylaş:
893

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər