Maliyyə Nazirliyinin iclasında 100 milyonluq qərar | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Nazirliyinin iclasında 100 milyonluq qərar

17:44 - 30 / 07 / 2016
Maliyyə Nazirliyinin iclasında 100 milyonluq qərar

İyulun 29-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.

1news.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən kollegiya iclasında Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.

Qeyd olunub ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edilib. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş 4 bankın – “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.

Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 100 milyon manat məbləğində kredit vəsaitinə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

1news.az

Paylaş:
671

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər