Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir... – MÖCÜZƏVİ QİDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir... – MÖCÜZƏVİ QİDA

19:33 - 31 / 07 / 2016
Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir... – MÖCÜZƏVİ QİDA

Çoxumuzun imtina edə bilmədiyi plov qida dəyəri baxımından zəngin yemək deyil. Plov yeyərək, artıq çəki almaq yerinə, bol vitamin və mineral ehtiva edən qara düyüyə üstünlük verə bilərsiniz.

1news.az aile.lent.az-a istinadən xəbər verir ki, qara düyünün faydaları ilə sizi yaxından tanış edir.

Ürək və damar sağlamlığına faydalıdır

Sağlam bir ürək üçün qara düyü yemək çox əhəmiyyətlidir. Tərkibindəki yüksək lif nisbətiylə qara düyü damarlardakı tıxanıqlığın qarşısını alır.

Pis xolesterolu məhv edir

Qara düyünün ehtiva etdiyi düyü kəpəyi yağı və lifi sayəsində qandakı pis xolesterolun miqdarını azaldır.

Diabet riskini azaldır

Qara düyü qlisemik indeksi aşağı qidadır və daha yavaş həzm olunur. Buna görə də qan şəkərindəki təsiri ağ düyüyə nisbətən daha azdır.

Xərçəngə qarşı qoruyucu xüsusiyyəti var

Ağ düyü əvəzinə qara düyü ilə zəngin pəhriz saxlaya bilərsiniz. Bədəninizi sütun, döş və qan xərçəngi kimi müxtəlif xərçəng növlərinə qarşı qorumağa kömək olur.

Artıq çəkidən azad edir

Ağ düyüdən qara düyüyə keçmək arıqlamaq istəyənlər üçün yaxşı yoldur. Ehtiva etdiyi lif sayəsində qara düyü tox qalmanıza kömək olaraq, sağlam olmayan yeməklərdən uzaq durmağınıza şərait yaradacaq. Eyni zamanda, həzm və bağırsaq fəaliyyətinə də köməkçi olan qara düyü maddələr mübadiləsini sürətləndirir.

İmmunitet sistemini qüvvətləndirir

Bol vitamin və minerallarla zəngin olan qara düyü güclü immunitet sistemi üçün ən əsas qida elementlərindən biridir. Həmçinin, antioksidan xüsusiyyəti sayəsində yaşlanmağı da gecikdirir.

Sümükləri gücləndirir

Qara düyü tərkibindəki maqnezium sayəsində sümük sağlamlığına da kömək edir. Bir stəkan qara düyünün tərkibində gündəlik alınması lazım olan maqnezium miqdarının 21%-i mövcuddur. Bununla yanaşı, qara düyünün tərkibinə sümükləri gücləndirən D vitamini və kalsium da daxildir.

Bağırsaq fəaliyyətini gücləndirir

Qara düyünün tərkibindəki liflər həzm və bağırsaqların fəaliyyətini gücləndirərək, sağlam bağırsaqlara sahib olmağınızı təmin edir.

Sinir sistemini qoruyur

Qara düyü manqan adı verilən mineral ehtiva edir. Bu mineral hormon səviyyələrini nizamlı saxlayır və sağlam sinir sistemi üçün lazımlıdır.

Körpələrə uyğun bir yeməkdir

Bol lif, vitamin və mineral tərkibi baxımından qara düyü körpələr üçün ən sağlam yeməklərdən biridir.

Resept:

1 stəkan düyünü bir tavada 5 dəqiqəyə qədər qovurun və soyuduqdan sonra blenderdə toz halına gələnə qədər ovun. Bu tozun 1 çay qaşığını miqdar suyla kiçik bir tavada qarışdıraraq bişirin və hazırladığınız bu sıyığı körpənizə yedizdirin.

1news.az

Paylaş:
1791

Son xəbərlər

Bütün xəbərlər