Hacıqabulda ağır qəza: toydan qayıdarkən qəzaya düşdülər – FOTO
Toydan qayıdan ailə üzvləri və qohumlar qəzaya uğrayıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, avtoqəza hadisəsi saat 1.00 radələrində Bakı-Qazax magistralının 124-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Bakı sakini, 1977-ci il təvəllüdlü Həsənov Namiq Firudin oğlunun idarə etdiyi “Toyota Rav” markalı 90 VU 363 dövlət nömrə nişanlı avtomobil beton səddə çırpılaraq bir neçə dəfə aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər- Bakı sakinləri, 1992-ci il təvəllüdlü Əhmədov Kamandar Rəhim oğlu, 1991-ci il təvəllüdlü Əlili Anar Nofəl oğlu və 1963-cü il təvəllüdlü Mahmudova Tahirə Məlik qızı müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
1news.az