Bakıda intihar: Qadın özünü 16-cı mərtəbədən atıb
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə Nəsimi rayon Prokurorluğundan APA-ya məlumat veriblər.
Prokurorluqdan bildirilib ki, hadisə iyulun 29-da rayonun Hidayətzadə küçəsi ev 49/51, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Tamilla Tofiq qızı Mustafayeva yaşadığı 18 mərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
1news.az
441