“Whatsapp”da sildiyiniz yazışmalar ələ keçə bilər
Araşdırmaçı Conatan Zdziarski “iPhone”da silinən “Whatsapp” yazışmalarının izlərini tapdığını və bu izləri bir yerə yığaraq həmin yazışmaları yenidən düzəltməyin mümkün olduğunu açıqlayıb.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, Conatan silinən bu yazışmaların aylarla telefonun arxivində qaldığını deyib.
Araşdırmaçı sözlərinə əlavə edib ki, əgər sizin sildiyiniz yazışmalar önəmli deyilsə, o zaman onların arxivdə qalmasına görə narahat olmağa dəyməz. Əgər narahatsınızsa, bundan qurtulmağın yeganə yolu “Whatsapp” proqramını telefondan silməkdir.
Zdziarski buna bənzər problemin “Apple” məhsullarındakı “iMessage” proqramında da olduğunu vurğulayıb.
1news.az
622