40 min ədəd siqaretin sərhəddən qanunsuz keçirilməsinin qarşısı alınıb – FOTO
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Sankt-Peterburq-Lənkəran aviareysilə gələn və gömrük əməkdaşları tərəfindən nəzarətə götürülən Azərbaycan Respublikasının vətəndaşı yüklərini rentgen aparatına qoyub oradan keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, ümumilikdə 40.000 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az