Dollar manata qarşı bahalaşmaqda davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dollar manata qarşı bahalaşmaqda davam edir

18:16 - 03 / 08 / 2016
Dollar manata qarşı bahalaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 4-nə valyuta məzənnələrini açıqlayıb.

1news.az-ın AMB-yə istinadla verdiyi xəbərə görə, avqustun 4-də manatın dollara qarşı rəsmi məzənnəsi 1,5947 manat təşkil edir.

Qeyd edək ki, bu gün də rəsmi məzənnə 1,5915 AZN/USD səviyyəsində təyin olunmuşdu.

Beləliklə, dollar manata qarşı bahalaşmaqda davam edir.

1news.az

Paylaş:
809

Son xəbərlər

Bütün xəbərlər