Heydər Əliyev adına NEZ-də keçən il 6,6 milyon tondan çox xammal emal olunub
Heydər Əliyev adına neft emalı zavodu (NEZ) keçən il neftin emalı üzrə təyin olunan planı uğurla yerinə yetirib. Belə ki, hesabat dövründə zavodda 6 milyon 478,92 min ton neft və 146,6 min ton kənardan daxil olan müxtəlif növ xammal olmaqla, cəmi 6 milyon 625,52 min ton xammal emal edilib.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir.
Bildirilir ki, SOCAR ölkə hüdudlarında və eləcə də Xəzər dənizinin Azərbaycana aid olan hissəsində ötən il ümumilikdə 8 milyon 160,6 min ton neft hasil edib. Bunun 6 milyon 777,8 min tonu “Azneft” İstehsalat Birliyinə (İB), 1382,8 min tonu isə şirkətin payçı olduğu yataqların payına düşür. İl ərzində quru və dəniz sahələrində ümumilikdə 80 quyu istismara təhvil verilib.
1news.az