Məşhur müğənninin beynində xərçəng aşkarlanıb
26 yaşlı Con Nyumendə ilk dəfə 2012-ci ildə beyin xərçəngi aşkar edilmişdi. O zaman müğənni bir müddət müalicə olundu. Müalicədən sonra xəstəliyin qarşısını almaq mümkün oldu. Buna görə də, 2012-ci ildə musiqiçi karyerasında bir müddət fasilə verdi. Uğurlu müalicədən sonra Con yenidən əvvəlki həyat tərzinə qayıda bildi.
Lakin indi xərçəng yenidən qayıdıb. Nyumen bu haqda yaxın zamanlarda bilib və bunu hər kəsə bəyan etmək istəməyib.
“Beynindəki şiş yenidən qayıdıb. Con bu haqda bilsə də, heç kəsə bildirmək istəməyib. Bu haqda o, yalnız anası, qardaşı və bir neçə yaxınlarına bildirib”.
Nyumen artıq bunu gizli saxlamır, çünki yenidən müalicə olunmalıdır. Buna görə də, bir müddət işinə fasilə verməli olacaq.
“Xoşbəxtlikdən şiş böyüməyib. Xoşxassəli şiş fonunda bir neçə xərçəng toxuması da aşkar olunub. İndi Con bunu daha asan qəbul edir. Lakin bunlara baxmayaraq o, çox həyəcanlanır”, - müğənninin tanışlarından biri söyləyir.
Ok-magazine.ru