Bakıda İran vətəndaşını döyərək pulunu aldılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda İran vətəndaşını döyərək pulunu aldılar

12:34 - 03 / 08 / 2016
Bakıda İran vətəndaşını döyərək pulunu aldılar

Bakıda İran vətəndaşına qarşı quldurluq edən şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 1-də Binəqədi rayonunun Fatmayı qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pul alıb.

Binəqədi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmov tutulublar.

1news.az

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər