Arvadını və qayınanasını baltalayan Tərtər sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Arvadını və qayınanasını baltalayan Tərtər sakini tutulub

17:15 - 04 / 08 / 2016
Arvadını və qayınanasını baltalayan Tərtər sakini tutulub

Tərtər rayonunda arvadına və qayınanasına balta ilə xəsarət yetirən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, avqustun 3-də Tərtər şəhərində yaşayan Tofiq Məmmədov evində ailə münaqişə zəminində arvadı Məhsəti Səmədovanın və qaynanası Səfurə Quliyevanın baş nahiyələrinə balta ilə xəsarət yetirib.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məmmədov tutulub.

1news.az

Paylaş:
514

Son xəbərlər

Səhiyyə nazirinə ağır itki

06 / 11 / 2025, 16:13
Bütün xəbərlər