Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir - FOTO

17:20 - 04 / 08 / 2016
Azercell bir daha sosial şəbəkələrdə 100% göstərici ilə liderdir - FOTO

Heç kimə sirr deyil ki, sosial şəbəkələr müxtəlif məhsul və xidmət istifadəçisi olan adi insanların həyatına o qədər nüfuz edib ki, artıq dünya təcrübəsi məhz sosial media vasitəsilə istehlakçı istəklərinin həll edilməsi dövrünün gəlib çıxdığını göstərir.

Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom sosial şəbəkələrdə olan potensialı üzə çıxarıb, ilk dəfə 2008-ci ildə Facebook-da və bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb. Səhifələrin yaradılmasından başlayaraq məhz Azercell sosial media meydanına yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də müştərilərlə əlaqə və onlara dəstək vasitəsi kimi yanaşıb. Sosial şəbəkələrdə rəsmi səhifəsini yaratdığı zamandan etibarən Azercell ənənəvi xidmət kanalları ilə yanaşı, sosial media üzərindən də keyfiyyətli müştəri xidmətlərini təklif etməyə başladı. Belə ki, bir çox abunəçilər hansısa bir xidmət, məhsul haqqında məlumat almaq, hansısa xırda problemlə bağlı bilgi toplamaq üçün müştəri xidmətlərinə yox, ilk olaraq Facebook və ya Twitter səhifələrə üz tuturlar.

Azercell-in sosial şəbəkələrdə, xüsusilə, bu gün də ən populyar media olan Facebook-da aktivliyi diqqətdən kənarda qalmır. 2016-cı ilin aprel-iyun ayları ərzində Azercell-in rəsmi Facebook səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların heç biri cavabsız qalmayıb. Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından xüsusi “Socially Devoted” sertifikatına layiq görülüb.

Qürurla qeyd edirik ki, Azercell yalnız Facebook-da deyil, mövcud olduğu bütün sosial şəbəkələrdə abunəçilərin suallarına böyük diqqətlə yanaşır: Twitter, Instagram, Disput.az, Youtube, Google+ şəbəkələrində öz müştərilərinə yüksək səviyyəli xidmət nümayiş etdirir.

Qeyd olunan aylar ərzində ölkəmizin mobil operatorları arasında yalnız Azercell Twitter-də 83%-lik cavablama göstəricisi ilə “Socially Devoted” sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək Azercell sosial şəbəkələrdəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.

Bir sözlə, Azercell-in hər bir müştərisi şirkətin sosial şəbəkələrdəki istənilən səhifəsinə müraciət etməklə operativ peşəkar yardım alacağına əmin ola bilər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

Azercell Telekom MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2015-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil edib. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan Telia Company şirkətlər qrupunun bir hissəsidir.

Paylaş:
699

Son xəbərlər

Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20
Bütün xəbərlər