Sentyabrın 1-dən Bakının bəzi avtobusları kart sisteminə keçəcək
Sentyabrın 1-dən Bakının altı marşrut avtobusları nağdsız (kart) ödəniş sistemə keçəcək.
1news.az-a “Xaliq Faiqoğlu” nəqliyyat şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Füzuli Sadıqovun verdiyi xəbərə görə, bunlar – №18, №61, №65, №79, №85 və №96 saylı avtobuslardır:
“Bu yenilik 130 avtobusu əhatə edəcək. Avtobuslarda nağdsız ödəniş üçün quraşdırılan qurğuların işi sona çatır.
Avtobuslarda həmçinin video-müşahidə kameraları da quraşdırılacaq. Sentyabrın 1-dən etibarən bu avtobuslarda gedişhaqları BakiKart kartları ilə həyata keçəcək. Bu kartlar bildiyiniz kimi, BakuBus və Bakı Metropolitenində də istifadə olunur”.
1news.az
728