Narkotik maddəyə görə saxlanılan şəxs oğru çıxdı
Narkotik maddəyə görə saxlanılan şəxsin daha bir cinayət əməli üzə çıxıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, narkotik maddə ilə avqustun 3-də tutulmuş Fərid Əsgərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 2-də Bakı şəhər sakini Sabir Paşayevə məxsus köşkdən 5600 manat pul oğurlaması da müəyyən edilib.
1news.az
621