Krit adasında qum heykəllərinin festivalı keçirilib
Yunanıstanda ilk dəfə olaraq Krit adasında qum heykəllərinin festivalı keçirilib.
Yunan mifologiyasının ilahələri, gəmilər, dənizçilər və digər mövzuda heykəllər Krit adasının Ammudare çimərliyində turistlərin diqqətini cəlb edib.
Heykəllərin hündürlüyü 3 metrə çatır. Hər il keçirilməsi nəzərdə tutulan festivala peşəkar heykəltəraşlardan başqa turistlər də cəlb olunub.
AZƏRTAC
534