Bağlanan 4 bankın qorunan əmanətçilərinə 35 milyon manatadək kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bağlanan 4 bankın qorunan əmanətçilərinə 35 milyon manatadək kompensasiya ödənilib

12:23 - 11 / 08 / 2016
Bağlanan 4 bankın qorunan əmanətçilərinə 35 milyon manatadək kompensasiya ödənilib

Lisenziyası ləğv edilən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 13,8 milyon manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 15,2 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 3,6 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 1,7 milyon manatdan çox kompensasiya ödənilib.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, ümumilikdə 4 bank üzrə 34,3 milyon manatdan çox kompensasiya ödənilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmələri mümkündür.

Mövzu ilə əlaqədar oxuyun:       

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

1news.az

Paylaş:
464

Son xəbərlər

Bütün xəbərlər