Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib
Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Dövlət İdarəçiliyi üzrə Azərbaycan-Koreya Əməkdaşlıq Forumu keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikasının Daxili İşlər Nazirliyi arasında “E-Hökumət və Dövlət Xidmətlərinin Göstərilməsi sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və Koreyanın daxili işlər naziri Honq Yunq-Sık imzalayıblar.
İmzalanma mərasimindən sonra mətbuat konfransı keçirilib.
1news.az