İlham Əliyev: “Heç bir ölkə beynəlxalq terrorçuluq və ekstremizmlə təkbaşına bacara bilməz”`
“Biz təhdidlərin artdığı dövrdə yaşayırıq. Bu təhdidlərə hazır olmaq lazımdır. Yaxın tarixin göstərdiyi kimi, heç bir ölkə təhdidlərlə, beynəlxalq terrorçuluqla, ekstremizmlə, radikalizmlə təkbaşına bacara bilməz".
1news.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti iclasında çıxışı zamanı deyib.
İlham Əliyev bildirib ki, MDB ölkələrini həm də bu meyillərin təhlükəsini dərk etmək birləşdirir:
"Bizim ölkələri həm də bu meyillərin təhlükəsini dərk etməyimiz birləşdirir. Biz onu da anlayırıq ki, bütün beynəlxalq birlik beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərini birləşdirməlidir.
Ümidvar olduğumu bildirmək istərdim ki, MDB bundan sonra da fəal inkişaf edəcək. Biz düşünülmüş islahatlar yolu ilə gedirik. İslahatlar təkcə islahat xatirinə həyata keçirilməməlidir. Onlar çox dəqiq istiqamətlənməlidir ki, bizim təşkilatımız möhkəmlənsin, daha cəlbedici və daha fəaliyyətqabiliyyətli olsun".
1news.az