Ermənistanın prezident administrasiyası rəhbərinin müavini istefa verib | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanın prezident administrasiyası rəhbərinin müavini istefa verib

17:40 - 11 / 10 / 2016
Ermənistanın prezident administrasiyası rəhbərinin müavini istefa verib

Ermənistan prezident administrasiyası rəhbərinin müavini və prezidentin parlamentdə daimi nümayəndəsi vəzifəsindən istefa verdiyini bildirən Viktor Dallakyan bəyan edib ki, onun yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, "buna görə Ermənistan prezidenti Serj Sərkisyan məsuliyyət daşıyır".

1news.az-ın BBC-yə istinadən verdiyi məlumatına əsasən, çərşənbə axşamı günü jurnalistlərə açıqlama verən Dallakyan artıq istefa ərizəsini təqdim etdiyini və hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) üzvlüyündən çıxıb, fəal siyasətə qayıdaraq, 2017-ci il parlament seçkilərində iştirak edəcəyini bildirib.

"Əgər mənim bugünkü bəyanatımdan sonra mənim yaxud ailə üzvlərimin başına hər hansı hadisə gəlsə, bunun üçün Serj Sarkisyan məsuliyyət daşıyır", - Dallakyan deyib. Yerli mətbuatda Viktor Dallakyanın istefa verəcəyi haqqında bu ayın əvvəlindən şayiələr dolaşırdı.

"Haykakan jamanak" ("Erməni zamanı") qəzeti Dallakyanın "Şırcadats" ("Dönüş") adlı yeni, "müxalif məkanda fəaliyyət göstərən" partiya təsis edəcəyi və partiyaya ötən həftə istefaya göndərilən müdafiə naziri Seyran Ohanyanın sədrlik edəcəyini bildirmişdi.

Qəzet sabiq müdafiə nazirinin prezident Sarkisyandan "küsülü" olduğu və istefadan sonra ona təklif edilən Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrindən imtina etdiyi bildirilir.

"Jamanak" ("Zaman") qəzeti isə yazır ki, partiya Yerevanın mərkəzində ofis icarə edib və informasiya saytını açıb "və bunların hamısı Rusiyadan maliyyələşdirilir".

İllər öncə Viktor Dallakyan prezident Sarkisyana müxalif mövqedə olub və onun "Ermənistanın büdcəsini Monte Karlo kazinolarında israf" etməsi haqqında bəyanatlar yayıb. Lakin 2012-ci ildə müxalif ritorikasına son qoyub prezident Serj Sarkisyanın başçılıq etdiyi ERP üzvü olub, prezident administrasiyası rəhbərinin müavini və prezidentin parlamentdə daimi nümayəndəsi təyin edilib.

1news.az

Paylaş:
888

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər