Səudiyyə Ərəbistanında dünyanın ən ağır zərgərlik qarnituru hazırlanıb
Səudiyyə Ərəbistanının Ciddə şəhərində hazırlanmış 33 kiloqram çəkisi olan qadın qızıl qarnituru “Ginnesin rekordlar kitabl”na daxil edilib. Bu barədə ölkədə nəşr edilən “Məkkə” qəzetinə “At-teyiba” zərgərlik zavodunun icraçı direktoru İsam əl-Əşrəfi məlumat verib.
İcraçı direktorun sözlərinə görə, nəhəng boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət qızıl qarniturun düzəldilməsi bir ilə başa gəlib. Bununla yanaşı, dizaynın işlənib hazırlanmasına yarım il vaxt sərf edilib.
Dünyanın ən ağır zərgərlik qarniturunun yaradılması üzərində 100 nəfər çalışıb. Onun qiyməti 6 milyon səudiyyə rialı (1,5 milyon ABŞ dolları) təşkil edir.
500