Pan Gi Munun yerinə yeni baş katibi təyin olundu
Antoniu Qutyerreş BMT-nin yeni baş katibi seçilib.
1news.az “Report”a istinadən xəbər verir ki, BMT Baş Assambleyası oktyabrın 13-də təşkilatın yeni baş katibinin təyinatı məsələsinə baxıb və Antoniu Qutyerreşi bu posta təsdiqləyib.
O, vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-dən başlayacaq və səlahiyyət müddəti 2021-ci il dekabrın 31-də başa çatacaq.
Qeyd edək ki, ötən həftə Təhlükəsizlik Şurası Baş Assambleyaya 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2021-ci ilə qədər bu vəzifəyə Portuqaliyadan olan Antoniu Qutyerreşi təyin etməyi məsləhət görüb.
Hazırki baş katib isə Koreya Respublikasından olan Pan Gi Mundur. O, BMT-nin səkkizinci baş katibidir.
BMT-nin Nizamnaməsinə əsasən, baş katib təşkilatın baş inzibati vəzifə sahibidir. O, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleyası tərəfindən təyin edilir.
Xatırladaq ki, A.Qutyerreş 2015-ci ilin iyun-dekabr aylarında BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.
A.Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.
1news.az