BMT-nin yeni baş katibi seçilib | 1news.az | Xəbərlər
Dünya

BMT-nin yeni baş katibi seçilib

23:16 - 13 / 10 / 2016
BMT-nin yeni baş katibi seçilib

Yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir.

1news.az-ın APA-ya istinadən verdiyi məlumatına əsasən, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb. 

O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

1news.az

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər