Cahangir Hacıyevə hökm oxunub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cahangir Hacıyevə hökm oxunub - YENİLƏNİB

16:17 - 14 / 10 / 2016
Cahangir Hacıyevə hökm oxunub - YENİLƏNİB

Cümə günü, oktyabrın 14 Bakı Ağər cinayətlər məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyev, müxtəlif filialların direktorları İlqar Abdullayev, Anar Sultanov, Kənan Orucov, Mamed Cahangirov və Yusif Ələkbərov, İnter Security MMC-nin baş direktoru İbrahim Hüseynov, həmçinin qoz emalı üzrə zavodun direktoru Azad Cavadov barəsində qaldırılan cinayət işləri ilə bağlı məhkəmə sona çatıb.

1news.az-ın müxbirinin məhkəmə zalından verdiyi məlumatına əsasən, işə hakim Əfqan Hacıyevin sədrliyində hakimlər kollegiyası baxıb.

Bu gün məhkəmə iclasında hökm oxunub - əsas müttəhim Cahangir Hacıyev 15 il azadlıqdan məhrum olunub.

Y.Ələkbərov 8,5, A.Cavadov 10 il 11 ay, İ.Hüseynov isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

A.Sultanov, İ.Abdullayev, M.Cahangirov və K.Orucov şərti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, C.Hacıyedən Beynəlxalq Bankı xeyrinə 63 milyon, “Aqrarkredir” ASQ-nin xeyrinə isə 7 milyon manat konfiskasiya edilməlidir.

15:29                                                  

Cümə günü, oktyabrın 14 Bakı Ağər cinayətlər məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq sədri Cahangir Hacıyev, müxtəlif filialların direktorları İlqar Abdullayev, Anar Sultanov, Kənan Orucov, Mamed Cahangirov və Yusif Ələkbərov, İnter Security MMC-nin baş direktoru İbrahim Hüseynov, həmçinin qoz emalı üzrə zavodun direktoru Azad Cavadov barəsində qaldırılan cinayət işləri ilə bağlı məhkəmə sona çatıb.

1news.az-ın müxbirinin məhkəmə zalından verdiyi məlumatına əsasən, işə hakim Əfqan Hacıyevin sədrliyində hakimlər kollegiyası baxıb.

Bu gün məhkəmə iclasında hökm oxunub - əsas müttəhim Cahangir Hacıyev 15 il azadlıqdan məhrum olunub.

Qeyd edək ki, dövlət ittihamçısı C.Hacıyevə 17 il, A.Cavadova – 12 il və 11 ay, İ.Hüseynova və Y.Ələkbərova – 11 il, A.Sultanova, İ.Abdullayevə, M.Cahangirova və K.Orucova – 8 il azadlıqdan məhrum edilmə cəzasının verilməsini xahiş edib.

Prokuror həmçinin bu şəxsləri azadlıqdan çıxdıqdan sonra 3 il ərzində rəhbər vəzifələrdə işləmək hüququndan məhrum edilməsini tələb edib.

Xatırladaq ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Bununla yanaşı, C.Hacıyev fiziki şəxslərə verilmiş 47 milyon 144 min manat krediti mənimsəyib.

Ümumilikdə isə, C.Hacıyev Azərbaycan Beynəlxalq Bankına 211 milyon 597 min manat civarında ziyan vurub.

Onun həyat yoldaşı – Zamirə Hacıyeva istintaqdan yayınsa da, onun barəsində qiyabi həbs qəti-imkan tədbiri çıxarılaraq axtarışa verilib.

C.Hacıyevin məhkəmə prosesi avqustun 15-də başlanılıb və oktyabrın 14-ü bitib.

1news.az

Paylaş:
1265

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər