Rəqəmsal Marketinq Günü – 5 noyabr Badamdar oteldə! Sən gəlirsən?! - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəqəmsal Marketinq Günü – 5 noyabr Badamdar oteldə! Sən gəlirsən?! - FOTO

16:45 - 14 / 10 / 2016
Rəqəmsal Marketinq Günü – 5 noyabr Badamdar oteldə! Sən gəlirsən?! - FOTO

5 noyabr Badamdar (keçmiş Kempinski, yeni adla Pullman) oteldə Rəqəmsal Marketinq Konfransı keçiriləcək. Konfransda 16 nəfər yerli, 1 nəfər xarici spiker öz təcrübəsini iştirak edən mütəxəssislərimizlə paylaşacaq.

Kimlər çıxış edəcək və nədən danışılacaq?

Rəqəmsal Marketinq Konfransında 17 nəfər yerli mütəxəssis və 1 nəfər Türkiyədən dəvət etdiyimiz mütəxəssis öz təcrübələrini paylaşacaq. Spikerlər GİLAN otelçilik qrupu, Beat Group, 4129Grey İstanbul, PASHA Bank, ASAN Xidmət, New Media, Universal Reklam, TİMWE və digər rəqəmsal marketinq sahəsində aktiv şirkətlərin və agentliklərin nümayəndələridir. Konfransda beynəlxalq və lokal rəqəmsal marketinq trendləri, internet reklamları və effektivliyinin ölçülməsi, sosial şəbəkələrdə imicin qorunması, rəqəmsal kommunikasiya və digər mövzular müzakirə ediləcək. Həmçinin, xüsusi stand up tipli çıxışların olması nəzərdə tutulub.

Konfransda təcrübənizə əlavə edəcəksiniz:

1.Büdcənin effektiv idarə edilməsi

2.Addım-addım rəqəmsal strategiyanın qurulması

3. Sosial mediadan düzgün istifadə, rəqəmsal kommunikasiya və etiket

4.Online platformalarda necə trend yaratmaq

5.Rəqəmsal agentliyə verilən tapşırığın səlis yazılması və prosesin idarə edilməsi

6.Qiymətləndirmə və təhlil üçün effektivliyin ölçülməsində istifadə olunan alətlər

7.Social CRM əhəmiyyəti

8.Saytların mobil versiyası kimin üçün lazımdır və mobil versiyada reklam nə dərəcədə effektivdir?

9.Mobil tətbiq yaratmaq, istifadəsini təbliğ etmək

10.İnternet reklamlarında yeni trendlər, yerli monitorinq aləti.

Kim iştirak edə bilər?

"DMC"də marketinq sahəsində çalışan, rəqəmsal marketinqə dair müzakirələrə qatılmaq, yeni imkanları öyrənmək istəyən hər kəs iştirak edə bilər. İştirakçıların istəyindən asılı olaraq, onlarla çalışdıqları sektorun inkişafı və gələcək imkanları haqqında müsahiblər alınacaq və yayımlanacaq.

Biletləri haradan ala bilərsiniz?

Biletləri Facemark.az ofisindən (Dəmirçizadə küçəsi 2/74) və dmcbaku.az, Facebook.com/dmcbaku.az, iticket.az saytından sifariş edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti nahar daxil olmaqla 30 AZN-dir.

Dəstəkçilərimiz:

► Təşkilatçı: Facemark.az

► Baş Sponsor: GILAN HOLDİNG

► Kreativ tərəfdaş: Yello ad

► İnformasiya tərəfdaşı: Admedia

► Rəqəmsal tərəfdaş: Newmedia

► Televiziya tərəfdaşı: ARB

► Çap tərəfdaşı: Maxofset

► Dəstəkçilər: LED.AZ, Özsüt, iticket.az, Marketing AIR, Digital AIR, FMR TV, INNAB

Paylaş:
2059

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər