Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir

17:52 - 14 / 10 / 2016
Hava hücumundan müdafiə hərbi hissələrində təlim-məşqləri keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə hərbi hissələrində döyüşə hazırolma səviyyəsi yoxlanılır və tapşırıqların dəqiqləşdirilməsi həyata keçirilir.

1news.az-ın məlumatına görə, intensiv təlim-məşqlərdə hava hücumundan müdafiə birləşmələri və hərbi hissələri, o cümlədən müasir S-300 PMU zenit raket komplekslərinin heyətləri şərti düşmənin hava hədəflərini aşkar etmək, tanımaq, avtomatik izləməyə götürmək və şərti atəşlə məhv etmək kimi praktiki məşqləri icra edirlər.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər