Türkiyə Rusiyaya yeni səfir təyin edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Rusiyaya yeni səfir təyin edib

12:34 - 14 / 10 / 2016
Türkiyə Rusiyaya yeni səfir təyin edib

Türkiyə Hüseyin Lazip Diriözü Rusiyaya səfiri təyin edib.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumatına əsasən, bundan əvvəl Türkiyənin sabiq səfəri yaxın aylarda 2014-cü ildən tutduğu vəzifəni tərk edəcəyini bildirmişdi.

Türkiyə XİN-nin nümayəndəsi Diriözün təyinatının imzalandığını təsdiq edib.

“O, bu yaxınlarda öz vəzifəsini icra etməyə başlayacaq”, - deyə nazirlikdən bildiriblər.

Bundan əvvəl H.L.Diriöz Türkiyənin İordaniyada (2004-2008) səfiri vəzifəsini, 2010-2013-cü illərdə NATO-nun baş katibinin müavini, 2013-cü ildən bu yana isə Türkiyənin Braziliyadakı səfiri vəzifəsini icra edib.

1news.az

Paylaş:
751

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər