Bakıda qadına qarşı 150 min manatlıq dələduzluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadına qarşı 150 min manatlıq dələduzluq edilib

16:15 - 15 / 10 / 2016
Bakıda qadına qarşı 150 min manatlıq dələduzluq edilib

Bakıda qadına qarşı külli miqdarda dələduzluq edilib.

1news.az “Report”a istinadən xəbər verir ki, paytaxt sakini, 1976-cı il təvəllüdlü Lalə Mustafayeva üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2010-cu ilin mart ayında 1973-cü il təvəllüdlü Zaur Namazov onun etibarından sui-istifadə edərək 150 000 manat pulunu alıb və indiyədək qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər