İmişlidə yeraltı təkan baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə yeraltı təkan baş verib

12:51 - 16 / 10 / 2016
İmişlidə yeraltı təkan baş verib

Oktyabrın 16-da İmişlidə 4,5 bal gücündə zəlzələ baş verib.

1news.az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, yerli vaxtla saat 11:52-də Saatlıdan 30 kilometr cənub-qərbdə, İmişli rayonu ərazisində qeydə alınan yeraltı təkanın ocağı 12 kilometr dərinlikdə yerləşib.

Zəlzələ İmişlidə 4,0, episentrə yaxin digər ətraf rayonlarda isə 3,0 bala qədər hiss olunub.

1news.az

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər