İraqda hərbi konvoya hücum edən kamikadze 70 əsgəri öldürdü - VİDEO | 1news.az | Xəbərlər
Dünya

İraqda hərbi konvoya hücum edən kamikadze 70 əsgəri öldürdü - VİDEO

20:53 - 17 / 10 / 2016
İraqda hərbi konvoya hücum edən kamikadze 70 əsgəri öldürdü - VİDEO

Mosul şəhəri yaxınlığında terrorçu-kamikadze hərbi konvoya hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Bilavet kəndinin ərazisində baş verib.

Məlumata görə, terrorçu-kamikadze  zirehli avtomobillər yoldan keçərkən özünü partladıb. İnsident nəticəsində 70-ə yaxın İraq ordusunun hərbçisi həlak olub. Hücumun İŞİD tərəfindən təşkil olunduğu bildirilir.

Xatıraladaq ki, İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İŞİD-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.

1news.az

Paylaş:
789

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər