Güclü yağışdan sonra tıxac olan yollar – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü yağışdan sonra tıxac olan yollar – SİYAHI

10:24 - 17 / 10 / 2016
Güclü yağışdan sonra tıxac olan yollar – SİYAHI

Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib.

1news.az Nəqliyyatı İntellektual İdarətetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsində (hər iki istiqamətdə) tıxac yaranıb.

Habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar"a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami" metro stansiyasına doğru) tıxac müşahidə edilir.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər