Bu universitetə 2 dekan, 10 kafedra müdiri və 31 müəllim lazımdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu universitetə 2 dekan, 10 kafedra müdiri və 31 müəllim lazımdır

11:30 - 17 / 10 / 2016
Bu universitetə 2 dekan, 10 kafedra müdiri və 31 müəllim lazımdır

Naxçıvan Dövlət Universitetində boş olan vəzifələrin tutulması üçün müsabiqə elan edilib.

1news.az “Report”a istinadən xəbər verir ki, ali təhsil ocağında Tarix-filologiya və Beynəlxalq münasibətlər və xarici dillər fakültələrinin dekanları vəzifələri boşdur.

Bundan başqa, universitetin 10 kafedrasının müdiri vəzifəsi də müsabiqəyə çıxarılıb. Belə ki, Dünya iqtisadiyyatı, Təsviri incəsənət, Bələdiyyə və turizm, Rus dili və ədəbiyyatı, Coğrafiya, Fəlsəfə və sosial iş, Çağırışaqədərki hazırlıq və mülki müdafiə, Təməl tibb fənləri, Mühasibat uçotu və maliyyə, Əczaçılıq və stomatologiya kafedralarının müdirləri vəzifəsi boşdur.

Kafedralarda isə boş olan 31 müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan olunub.

Müsabiqə üçün sənəd qəbulu bir ay davam edəcək.

1news.az

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər