Səudiyyə Ərəbistanında şahzadə edam edilib | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanında şahzadə edam edilib

23:23 - 18 / 10 / 2016
Səudiyyə Ərəbistanında şahzadə edam edilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda  üç il əvvəl qətl törətməkdə ittiham olunan kral ailəsinin üzvü şahzadə Türki ibn Səud Əl-Kəbir  edam edilib.

İstintaq materiallarına əsasən, şahzadənin çadır düşərgəsində baş vermiş kütləvi dava zamanı odlu silahdan atəş açması nəticəsində dostu Adil Əl-Mhəmid ölüb, daha bir nəfər isə yaralanıb.     

Qeyd edək ki, şahzadənin törətdiyi cinayət o zaman ölkədə böyük rezonansa səbəb olmuşdur.   

Səudiyyə Ərəbistanının Ali və Apelyasiya Məhkəmələri onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb. 

Qeyd edək ki, kral ailəsinin üzvünün edam edilməsi Səudiyyə Ərəbistanının tarixində ilk hadisədir. 

RİA Novosti

Paylaş:
619

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər