Əliyar Ağayev “Şalke” – “Nitsa” oyununa təyinat aldı | 1news.az | Xəbərlər
Futbol

Əliyar Ağayev “Şalke” – “Nitsa” oyununa təyinat aldı

15:12 - 21 / 11 / 2016
Əliyar Ağayev “Şalke” – “Nitsa” oyununa təyinat aldı

Əliyar Ağayev növbəti Avroliqa oyununa təyinat alıb.

1news.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu  idarə edəcək.

Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.  Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.

Qeyd edək ki, “Şalke”  – “Nitsa” görüşü noyabrın 24-cü keçiriləcək.

1news.az

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər