Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib | 1news.az | Xəbərlər
Futbol

Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib

14:45 - 26 / 11 / 2016
Azarkeş UEFA-nı və hakimi məhkəməyə verib

İspaniyanın “Atletiko Madrid” klubunun azarkeşi Joze Antonio Kampon ingiltərəli hakim Mark Klattenburq və UEFA-dan şikayət edib.

1news.az “Report”a istinadən xəbər verir ki, o, şikayət ərizəsində Çempionlar Liqasında "Atletiko" və "Real Madrid" klubları arasında keçirilmiş final qarşılaşmasında rəqib komandanın müdafiəçisi Serxio Ramosun vurduğu qolun ofsayt olduğunu bildirib.

"Atletiko" klubunun azarkeşi 160 avroluq bilet pulu, 1 500 avronun isə ona dəymiş mənəvi zərər olduğunu qeyd edərək 1 660 avro təzminat ödənilməsini istəyib.

Qeyd edək ki, bu il mayın 28-də İtaliyanın Milan şəhərində keçirilmiş Çempionlar Liqasının final matçında "Real Madrid" klubunun futbolçusu Serxio Ramos 15-ci dəqqiqədə hesabı açıb. 79-cu dəqiqədə isə "Atletiko" komandasının oyunçusu Yannikk Karraskonun vurduğu qolla hesabda bərabərlik yaranıb. Penaltilər seriyasında isə "kral klubu" 5:3 hesabı ilə qalib gələrək kuboka sahib olub.

1news.az

Paylaş:
707

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər