AZAL və “Sumqayıt” xalları bölüşdü | 1news.az | Xəbərlər
Futbol

AZAL və “Sumqayıt” xalları bölüşdü

18:42 - 27 / 11 / 2016
AZAL və “Sumqayıt” xalları bölüşdü

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib.

1news.az “Report”a istinadən xəbər verir ki, turun ikinci oyununda AZAL “Sumqayıt”ı qəbul edib.

İlk hissə qarşılıqlı hücumlar şəraitində keçib. Hər iki komanda fərqlənmək üçün bir neçə imkan əldə edib. Lakin sevinən tərəf meydan sahibləri olub. AZAL-ın heyətində Nuqzar Kvirtiya 38-ci dəqiqədə hesabı açıb. İlk hissə bu hesabla da başa çatıb.

İkinci hissədə komandaların fərqlənmək istəkləri boşa çıxıb. Oyunun sonlarında Adan Koronado rəqib futbolçuya qarşı cərimə meydançası daxilində kobud oynayıb. Baş hakim Ramil Diniyev bunu penalti kimi qiymətləndirib. Koronado isə həm kobudluğa, həm də etiraza görə cəzalandırılıb. Futbolçu qırmızı alaraq meydandan qovulub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu oyundan sonra AZAL xal ehtiyatını 6-ya çatdırıb. Lakin bu qələbə də “təyyarəçilər”in sonuncu pillədən xilas olmasına kömək etməyib. “Sumqayıt” isə 14 xalla 6-cıdır.

1news.az

Paylaş:
634

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər