Rosberq karyerasında ilk “Formula-1” çempionluğunu qazandı | 1news.az | Xəbərlər
İdman

Rosberq karyerasında ilk “Formula-1” çempionluğunu qazandı

19:09 - 27 / 11 / 2016
Rosberq karyerasında ilk “Formula-1” çempionluğunu qazandı

“Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq karyerası ərzində ilk dəfə “Formula-1” çempionu olub.

1news.az APA-ya istinadən xəbr verir ki, N. Rosberq “Formula-1”-in son mərhələsində – Əbu-Dabi Qran-prisində  “Mersedes” komandasındakı britaniyalı həmkarı Luis Hamiltondan sonra finişə ikinci çatıb.

Ancaq “Formulı-1”-in son çempionu olan L. Hamilton bu dəfəki “Formula-1”-in öncəki mərhələlərində N. Rosberqdən 12 xal geridə qaldığı üçün çempiona tituluna yiyələnə bilməyib.

“Formula-1” mərhələləri üzrə ümumilikdə 385 xal toplayan N. Rosberq ümumilikdə 380 xal toplamış L. Hamiltonu qabaqlayaraq çempion olub. Üçüncü yerdə “Ferrari” komandasının pilotu Sebastyan Fettel qərarlaşıb.

1news.az

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər