Qəribə görüntü: futbolçular sərxoş olub meydançaya çıxdılar – FOTO - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Qəribə görüntü: futbolçular sərxoş olub meydançaya çıxdılar – FOTO - VİDEO

16:30 - 28 / 11 / 2016
Qəribə görüntü: futbolçular sərxoş olub meydançaya çıxdılar – FOTO - VİDEO

Norveçdə sərxoş futbolçular arasında mini futbol yarışı keçirilir.

1news.az xarici KİV-ə istinadən xəbər verir ki, yarışın ən vacib qaydalarından biri futbolçuların sərxoş olması ilə bağlıdır.

Oyundan öncə hər iki komandanın futbolçuları yeyib-içir, qızlarla əylənir və sərxoş olduqdan sonra meydançaya çıxırlar.

Ayaq üstə qalıb mübarizə aparmağın belə çətin olduğu matçda futbolçular qol vurmaq üçün olduqca əziyyət çəkməli olurlar. Qol vurulsa belə, hələ bu son deyil. Hakim qol vuran futbolçunun aloktesterlə yoxlayır. Əgər futbolçu tələb edilən qədər sərxoşdursa, o zaman qol da qeydə alınır.

Buna futboldur, yoxsa bir qrup insanın çılğın əyləncəsi? Hər halda dunu demək bizim üçün çətin olar.

Fərid Ədalət

 

Paylaş:
2558

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər