Emin Mahmudov “Boavişta”da debüt edib - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Emin Mahmudov “Boavişta”da debüt edib - VİDEO

11:33 - 28 / 11 / 2016
Emin Mahmudov “Boavişta”da debüt edib - VİDEO

Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” Portuqaliya çempionatında növbəti oyununu keçirib.

1news.az-ın məlumatına görə, “Boavişta” öz meydanında “Sportinq”i qəbul edib.

Ağayev start heyətində yer aldığı halda, Mahmudov meydana sonradan daxil olub. Həmyerlimiz 76-cı dəqiqədə Karrakanın əvəzinə oyuna qoşulub. Bununla da Emin Mahmudov Portuqaliya çempionatında debüt edib. 

Matç “Sportinq”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dostun 25-ci dəqiqədə vurduğu qol matçın taleyini həll edib. 

Qeyd edək ki, 11 turdan sonra aktivində 13 xalı olan “Boavişta” 11-ci pillədə qərarlaşıb.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər