“Qarabağ” son dəqiqələrdə vurduğu qollarla “Qəbələ”ni məğlub etdi | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” son dəqiqələrdə vurduğu qollarla “Qəbələ”ni məğlub etdi

21:22 - 29 / 11 / 2016
“Qarabağ” son dəqiqələrdə vurduğu qollarla “Qəbələ”ni məğlub etdi

Bu gün Topaz Premyer Liqasında XIII tura yekun vurulub.

1news.az turun son matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.

64-cü dəqiqədə Filip Ozobiç fərqlənərək qonaqları hesabda önə çıxardıb. Ancaq Roman Qriqorçukun yetirmələri üstünlüyünü qoruya bilməyiblər.

Matçın 87-ci dəqiqəsində Almeyda penaltidən qol vuraraq hesabı bərabərləşdirib.

Matçın son saniyələrində isə Əfran İsmayılovun sağ cinahdan ötürməsini Dino Ndlovu qola çevirərək “Qarabağ”a qələbə qazandırıb.

“Qarabağ” – “Qəbələ” - 2:1

Qırmızı vərəqə: Almeyda, 90+2 (rəqibi vurduğu üçün)

Qollar: Almeyda, 86 (pen.), Dino Ndlovu, 90+7 - Ozobiç, 64

1news.az

Paylaş:
629

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər