BMT Təhlükəsizlik Şurası Hələblə bağlı qətnamə qəbul edib
BMT Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərində dinc əhalinin təxliyyəsi ilə bağlı beynəlxalq monitorinqin keçirilməsinə və əhaliyə təxirəsalınmaz yardımın göstərilməsinə dair qətnamə qəbul edib.
1news.az APA-ya istinadən xəbər verir ki, 2328 saylı qətnamə TŞ üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Sənədin yekun variantı ötən gün Şuranın qapalı iclası çərçivəsində aparılan məsləhətləşmələr zamanı razılaşdırılıb.
937