Rusiyadan Türkiyədə dincələn vətəndaşlarına xəbərdarlıq
Turizm üzrə Federal Agentlik (Rosturizm) Türkiyədə istirahət edən Rusiya vətəndaşlarına vacib olmadığı təqdirdə yaşadıqları yeri tərk etməməyi və izdiham olan yerlərdən uzaqlaşmağı məsləhət görüb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu cür bəyanat agentliyin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, Rusiyanın Türkiyədəıki səfiri Andrey Karlov Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib.
Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib. Onun 1994-cü il təvəllüdlü Mevlüt Mert Altıntaş olduğu və Ankarada polis işlədiyi bildirilir.
Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.
528