Ankaradakı küçələrdən birinə öldürülən səfirin adı veriləcək
“Bu sui-qəsdi edənlərə ən sərt cavab veriləcək”.
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.
Karlovun xatirəsini əbədi yaşatmaq üçün Rusiyanın Ankaradakı səfirliyinin yerləşdiyi küçəyə onun adı veriləcək:
“Karlov yaxşı diplomat olmaqla yanaşı, həm də möhtəşəm insan idi. Mənim üçün yaxşı dost idi. Bu alçaq hərəkətin arxasında kimin dayandığını tapmalıyıq və bu araşdırmanı birlikdə edəcəyik. Cinayəti törədənlər mütləq cəzalanacaqlar”.
Fərid Ədalət
638