Səfirin öldürülmə anının yeni dəhşətli görüntüsü – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Səfirin öldürülmə anının yeni dəhşətli görüntüsü – VİDEO

14:52 - 20 / 12 / 2016
Səfirin öldürülmə anının yeni dəhşətli görüntüsü – VİDEO

Dünən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov iştirak etdiyi bir tədbirdə güllələnərək öldürülüb.

1news.az xəbər verir ki, səfiri öldürən şəxsin 22 yaşlı polis əməkdaşı Mevlüt Mert Altıntaş olub.

1 həftə öncə səfiri mühafizə etmək ona tapşırılıbmış. O da sərgi salonuna mühafizəçi olaraq daxil olub, Karlov da çıxış edən zaman onu güllələyib.

Ankara Müasir Sənət Mərkəzinə daxil olan Altıntaş 2014-cü ildə “İzmir Rüştü Ünsal Polis Məktəbi”ni bitirib.

Sui-qəsdçi ilə bağlı araşdırmalar davam edir. Onun FETÖ ilə bağlantısı olduğu bildirilir.

Sui-qəsd anının yeni yayılan görüntüsünü təqdim edirik:

1news.az

Paylaş:
14449

Son xəbərlər

Bütün xəbərlər