Bank Respublika ipoteka kreditlərini yeni şərtlərlə təklif edir
Günün yeni tələblərinə uyğun olaraq Bank Respublika müştərilərinə daha sərfəli və rahat şərtlərlə ipoteka kreditlərinin verilməsinə yenidən başlayır.
Azərbaycan İpoteka Fondunun xətti ilə ipotekanın əsas şərtləri aşağıdakı kimidir:
- İllik faiz dərəcəsi Adi İpoteka üçün 8%, Güzəştli İpoteka üçün isə 4% təşkil edir. Müəyyən edilmiş faiz dərəcəsi 3 ildən – 30 ilədək bütün dövrü əhatə edir.
- Kreditin maksimal məbləği 100 000 AZN təşkil edir.
- İlkin ödəniş ümumi məbləğin 15% - 25% həddində təyin edilib.
İlkin olaraq bəzi amilləri nəzərə alaraq, ipoteka krediti Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən çıxarışlı mənzillərin əldə edilməsi üçün verilə bilər. Lakin yaxın gələcəkdə şəhərlərin sayının artırılması da planlaşdırılır.
Yeni şərtlər çərçivəsində, müştərilərin rahatlığı və şəffalığın təmin edilməsi məqsədi ilə www.e-ipoteka.az saytında İpoteka Fondu tərəfindən mərkəzləşdirilmiş Elektron İpoteka Sistemi aktivləşdirilib. Bu sistem kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.
Kredit müraciəti üzrə qərar təxminən 10 gün ərzində verilir. Kreditin ödənişlərini hər ay annuitet qaydada bərabər hissələrlə Bank Respublika-nın ofisləri və bankomatları, vaxtınıza qənaət etmək istəsəniz “İnternet Şöbə” xidməti və “Mobil Şöbə” əlavələri vasitəsilə ödəmək mümkündür.
İpoteka kreditlərinin yenilənmiş şərtləri ilə daha ətraflı bankın rəsmi internet səhifəsində, sizə yaxın filialları və ya şöbələrdə, yaxud 144 qısa nömrəsinə zəng etməklə tanış ola bilərsiniz.