Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb
Dünən gecə saatlarında Ankarada silahlı naməlum şəxs ABŞ səfirliyinə girməyə cəhd edib.
1news.az-ın məlumatına görə, polis havaya bir neçə dəfə atəş açan həmin şəxsi tərksilah edərək həbs edib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi insidentin səfirliyin girişində baş verdiyini bildirib:
“İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda insidentlə əlaqədar araşdırma aparılır”.
Hadisədən bir qədər sonra səfirliyin əməkdaşlarının binanı tərk etməsinə icazə verilib.
Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.
1news.az
775