Almaniyada qanlı gecə: 12 nəfər öldü, 50-yə yaxın insan yaralandı | 1news.az | Xəbərlər
Dünya

Almaniyada qanlı gecə: 12 nəfər öldü, 50-yə yaxın insan yaralandı

09:47 - 20 / 12 / 2016
Almaniyada qanlı gecə: 12 nəfər öldü, 50-yə yaxın insan yaralandı

Almaniyanın paytaxtı Berlində keçirilən Yeni il yarmarkasında terror hadisəsi törədilib.

1news.az-ın məlumatına görə, naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Yük maşınının sürücüsü saxlanılıb. Onun Əfqanıstandan və ya Pakistandan olduğu bildirilir.

Hadisənin terror aktı olduğu ehtimal edilir.  Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.

1news.az

Paylaş:
736

Son xəbərlər

Bütün xəbərlər