Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək

22:14 - 20 / 12 / 2016
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək

Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçiriləcək.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 50-dən çox nümayəndə iştirak edəcək.

Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinləniləcək, türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləşdirilməsi imkanları müzakirə ediləcək.

1news.az

Paylaş:
612

Son xəbərlər

Bütün xəbərlər