Rusiyada spirtli içkidən ölənlərin sayı 76-ya çatıb – FOTO – YENİLƏNİB
Rusiyanın İrkutsk şəhərində spirt tərkibli "Boyarışnik" içkisindən zəhərlənərək ölənlərin sayı 76 nəfərə çatıb.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional idarəsindən bildirib.
“Son iki gün ərzində xəstəxanaya metil spirtindən zəhərlənmə əlaməti ilə 2 nəfər daxil olub. Onlardan biri ölüb. Beləliklə, zəhərlənmə qurbanlarının sayı 76 nəfərə çatıb”, məlumatda bildirilir.
Məlumata görə, ümumilikdə konsentratdan 122 nəfər zəhərlənib. 18 nəfər stasionar müalicədədir.
Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 16 nəfər saxlanılıb.
TASS
20.12.2016
Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı artmaqda davam edir.
1news.az-ın məlumatına görə, bu gecə xəstəxanalarda daha dörd nəfər vəfat edib, bunula da dünyasını dəyişənlərin sayı 53 nəfərə çatıb.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində “Boyarışnik” losyonundan kütləvi zəhərlənmə faktı dekabrın 18-də qeydə alınıb.
Aparılan araşdırmalar zamanı gizli sex aşkar edilib. Zəhərli maddənin satışı ilə məşğul olan 5 nəfər isə saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
1news.az